23 June, 2025

Manual Testing nədir? – Yeni başlayanlar üçün ətraflı bələdçi

Blog main image

Manual Testing nədir?

Proqram təminatının keyfiyyətli və istifadəçiyə problemsiz təqdim olunması üçün test mərhələsi çox vacibdir. Manual testing, proqramın avtomatlaşdırılmamış, yəni insan tərəfindən əl ilə yoxlanılması prosesidir. Bu üsulda test mühəndisi proqramın bütün funksiyalarını yoxlayır və istifadəçi kimi davranaraq mümkün xətaları aşkar etməyə çalışır.

Manual testing-in əsas məqsədi nədir?

Manual testin əsas məqsədi proqramın funksional və qeyri-funksional tələblərə uyğun işlədiyini əminliklə təsdiqləməkdir. Bu testlər zamanı hər hansı bir avtomatlaşdırma alətindən istifadə olunmur.

Manual testing-in üstünlükləri:

1. İstifadəsi asandır və əlavə alət biliklərinə ehtiyac yoxdur
2. İstifadəçi təcrübəsini real şəraitdə sınaqdan keçirmək mümkündür
3. Kiçik layihələrdə daha səmərəli və az xərclidir
4. Qeyri-standart səhvləri aşkar etmək daha asandır

Manual testing mərhələləri

1. Test Planın hazırlanması
Testin məqsədi, yanaşması və istifadə olunacaq resurslar bu mərhələdə müəyyənləşdirilir.
2. Test Case-lərin yazılması
Müxtəlif funksiyaları yoxlamaq üçün ssenarilər hazırlanır.
3. Testin icrası
Hazırlanmış ssenarilər real mühitdə test olunur.
4. Bug report-un hazırlanması
Əgər proqramda hər hansı bir səhv aşkarlanarsa, bu, sənədləşdirilir və inkişaf etdirici komandaya bildirilir.
5. Retesting və Regression Testing
Səhvlər düzəldildikdən sonra proqram təkrar test olunur və köhnə funkusionallığın təzə funkusionallığıa təsir edib edilmədiyi yoxlanılır

Manual testing və avtomatlaşdırılmış testin fərqləri

Xüsusiyyətlər Manual Testing Avtomatlaşdırılmış Testing
1. İcra üsulu
Manual testing zamanı testçi proqram təminatını əllə yoxlayır. Automation testing isə xüsusi alətlər və skriptlər vasitəsilə avtomatik şəkildə həyata keçirilir.
2. Vaxt və səmərəlilik
Manual testlər daha çox vaxt tələb edir, çünki insan özü bütün ssenariləri bir-bir yoxlayır. Automation testing isə eyni testləri dəfələrlə sürətli və daha az vaxtla yerinə yetirə bilir.
3. Xərc
Başlanğıcda manual testing ucuz görünə bilər, çünki əlavə alətlərə ehtiyac yoxdur. Lakin uzunmüddətli layihələrdə automation testing daha sərfəli olur, çünki testlər bir dəfə yazılıb təkrar-təkrar istifadə oluna bilər.
4. Dəqiqlik və sabitlik
Manual test zamanı insan səhvləri ola bilər. Automation testlər isə əvvəlcədən yazılmış ssenarilərlə işlədiyindən daha dəqiq və sabit nəticələr verir.
5. İstifadə sahəsi
Manual testing daha çox vizual yoxlamalar, istifadəçi təcrübəsi və ilkin test mərhələləri üçün uyğundur. Automation testing isə geniş test ssenarilərinin tez-tez və dəqiq şəkildə yoxlanması üçün idealdır.
6. Texniki bilik tələbi
Manual test üçün əsas texniki biliklər yetərlidir. Automation test üçün isə proqramlaşdırma bilikləri və test alətləri ilə işləmə bacarığı tələb olunur.
7. Testlərin təkrarlanması
Manual testlər hər dəfə təkrar aparılmalıdır. Automation testlər isə bir dəfə yazıldıqdan sonra istənilən sayda avtomatik icra oluna bilər.

Manual testing kimlər üçündür?

Proqramlaşdırmaya yeni başlayanlar
QA sahəsinə keçmək istəyənlər
Proqram təminatında keyfiyyətə önəm verən developer və ya məhsul menecerləri
Əlavə texniki bacarıq tələb etmədən test öyrənmək istəyənlər


Tədris proqramları
border

Help Desk kursları

Front-end proqramlaşdırma kursları

Scrum Master (PSM1) kursları

Mobil proqramlaşdırma kursları

Dizayn kursları

Şəbəkə administratorluğu kursları

Verilənlər bazası kursları

Kiber Təhlükəsizlik kursları

Hardan başlamağını bilmirsən?
Müraciət et
Seçdiyin kurs üzrə müraciətini tamamla və səni biliklərlə əzizləyək.

Ad

Soyad

Əlaqə nömrəsi

Kurs

Bizimlə birbaşa əlaqə:   (+994 10) 234 65 56

  • Adress
  • Cəfər Cabbarlı küç. 609, Bakı / Globus Center

  • © 2014-2025 Orient Academy

  • Social network