24 June, 2025

IT Biznes Analitika: Rəqəmsal Dövrdə Bizneslə Texnologiyanı Birləşdirən Körpü

Blog main image

İT Biznes Analitika nədir?

Rəqəmsal dövrdə şirkətlər biznes proseslərini daha sistemli şəkildə qurmaq və rəqəmsal həlləri düzgün tətbiq etmək üçün İT həllərinə ehtiyac duyurlar. Bu zaman bizneslə texniki komanda arasında anlaşmanı təmin edən körpü rolunda İT Biznes Analitikası çıxış edir.
İT Biznes Analitika – biznes tələblərinin toplanması, strukturlaşdırılması və texniki komandaya düzgün şəkildə ötürülməsi ilə məşğul olan bir sahədir. Analitik istifadəçilərin və biznesin ehtiyaclarını müəyyən edir, bu ehtiyacları texniki dillə izah edir və layihənin hər mərhələsində tərəflər arasında qarşılıqlı anlaşmanı təmin edir.

İT Biznes Analitikanın əsas funksiyaları

1. Biznes tələblərinin toplanması və formalaşdırılması
    Analitik istifadəçilər, biznes sahibləri və maraqlı tərəflərlə görüşlər keçirərək onların ehtiyaclarını anlayır və bu ehtiyacları konkret və başa düşülən tələblərə çevirir.
2. Biznes və texniki komandalar arasında əlaqələndirmə
    Analitik toplanmış tələbləri texniki komandaya aydın şəkildə ötürür, hər iki tərəfin bir-birini düzgün başa düşməsi üçün vasitəçi rolunu oynayır.
3. Layihə boyunca tələblərin izlənməsi və dəyişikliklərin idarə olunması
    İT analitik layihənin müxtəlif mərhələlərində tələblərin aktuallığını izləyir, dəyişiklikləri sənədləşdirir və onların həyata keçirilməsində koordinasiya aparır.

İT Biznes Analitikanın biznesə faydaları

1.Biznes ehtiyaclarının daha dəqiq müəyyənləşdirilməsi
2. İT və biznes komandaları arasında effektiv əməkdaşlığın qurulması
3. Layihə risklərinin və anlaşılmazlıqların azalması
4. İT həllərinin biznes məqsədlərinə uyğunluğu
5. Resursların və vaxtın daha səmərəli istifadəsi

İT Biznes Analitikası üzrə karyera imkanları

Bu sahə sürətlə inkişaf etdiyi üçün İT analitiklərinə olan tələbat artmaqdadır. Aşağıdakı sahələrdə işləmək mümkündür:
Biznes analitik
    İstifadəçi və biznes ehtiyaclarını toplayan, onları texniki komandaya çatdıran mütəxəssis.
     Sistem analitik
    Texniki spesifikasiyaların hazırlanmasında və sistem tələblərinin müəyyənləşdirilməsində iştirak edən analitik.
 Product owner və ya layihə meneceri
    Komandanın məhsulun tələblərini düzgün başa düşməsini təmin edən dəstəkçi rolu


Tədris proqramları
border

Sistem administratorluğu kursları

QA kursları

İT Biznes Analitik kursları

Data analitika kursları

Mobil proqramlaşdırma kursları

Şəbəkə administratorluğu kursları

Product Owner kursları

Back-end proqramlaşdırma kursları

Hardan başlamağını bilmirsən?
Müraciət et
Seçdiyin kurs üzrə müraciətini tamamla və səni biliklərlə əzizləyək.

Ad

Soyad

Əlaqə nömrəsi

Kurs

Bizimlə birbaşa əlaqə:   (+994 10) 234 65 56

  • Adress
  • Cəfər Cabbarlı küç. 609, Bakı / Globus Center

  • © 2014-2025 Orient Academy

  • Social network