Hal-hazırda ABB — Leading Frontend Developer
Bakalavr və magistr təhsilini Azərbaycan Neft və Sənaye Universitetində “İnformasiya texnologiyalarının idarə edilməsi” ixtisası üzrə tamamlamışdır. İyun 2022 – hal-hazırda ABB-də Leading Frontend Developer vəzifəsində çalışır. Bu müddətdə müxtəlif layihələrdə iştirak edərək React.js, Next.js, Node.js, Tailwind, SCSS və digər müasir framework və kitabxanalarla yanaşı, CI/CD prosesləri və bəzi backend texnologiyalarından da istifadə etmişdir. Eyni zamanda süni intellekt (AI) ilə bağlı startaplarda aktiv şəkildə fəaliyyət göstərir. Noyabr 2021 – May 2022 tarixlərində TexnoEra Agency şirkətində Frontend Developer kimi çalışmış, burada müxtəlif kommersiya layihələrinin hazırlanmasında iştirak etmişdir. Noyabr 2020 – Avqust 2021 tarixlərində isə CRBN Agency komandasında Frontend Developer kimi fəaliyyət göstərmişdir.
Təcrübəli müəllimlərimizlə tanış olun!
Hardan başlamalı olduğunu bilmirsən?
Bizimlə birbaşa əlaqə: (+994 10) 234 65 56