Birmarket, Tribe tech lead
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Kompüter elmləri” ixtisası üzrə bakalavr təhsili almışdır. Proqramlaşdırma sahəsində 10 ilə yaxın təcrübəyə malik olan İsmayıl müəllim karyerası ərzində ABB, AndersenLab, Unibank və BirMarket kimi aparıcı şirkətlərdə çalışmışdır. O, müxtəlif dövrlərdə Tech Lead və Tribe Tech Lead vəzifələrində fəaliyyət göstərərək iri layihələrin həyata keçirilməsi, proqram təminatının inkişafı və komandaların idarə olunmasında mühüm rol oynamışdır. Hazırda proqram təminatının hazırlanması və rəhbərlik sahəsində peşəkar fəaliyyətini davam etdirir. Bununla yanaşı, 3 illik tədris təcrübəsinə malik olan İsmayıl müəllim Java proqramlaşdırmasını nəzəri biliklərlə yanaşı, real layihələrdən əldə etdiyi praktiki təcrübə əsasında tədris edir. Dərslərində iştirak etməklə proqramlaşdırmanı peşəkar yanaşma və praktik nümunələr üzərindən öyrənə bilərsiniz.
Təcrübəli müəllimlərimizlə tanış olun!
Hardan başlamalı olduğunu bilmirsən?
Bizimlə birbaşa əlaqə: (+994 10) 234 65 56