Hal-hazırda Kapital bank- Senior Software Quality Assurance Engineer
Bakalavr və magistr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tamamlamışdır. Yanvar 2024 – hal-hazırda Senior Software QA Engineer vəzifəsində çalışır. Layihələrdə test strategiyalarının hazırlanması, test planlarının qurulması və keyfiyyət proseslərinin idarə olunması ilə məşğuldur. Sistemlərin funksional və qeyri-funksional testlərinin aparılması, risklərin müəyyənləşdirilməsi və kritik ssenarilərin prioritetləşdirilməsi üzrə çalışır. API və backend servis səviyyəsində testlərin hazırlanması, test ssenarilərinin avtomatlaşdırılması və test frameworklərinin inkişafında iştirak edir. Java əsaslı test avtomatlaşdırması və BDD yanaşması ilə testlərin strukturlaşdırılması üzərində çalışır. Komanda daxilində test yanaşmaları və keyfiyyət standartlarının tətbiqi, həmçinin test proseslərinin optimallaşdırılması üzrə mentorluq edir. İyul 2021 – Yanvar 2024 Uniser Group MMCdə Software QA Engineer olaraq çalışmışdır. Manual testlərin aparılması, test case və test scenario-ların hazırlanması və layihələrin keyfiyyət təminatı proseslərində iştirak etmişdir. API endpoint-lərin yoxlanılması, verilənlər bazasında məlumatların doğrulanması və sistemin funksional davranışının test olunması üzrə təcrübə əldə etmişdir.
Təcrübəli müəllimlərimizlə tanış olun!
Hardan başlamalı olduğunu bilmirsən?
Bizimlə birbaşa əlaqə: (+994 10) 234 65 56