Yapı Kredi Bank Azərbaycan
Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə tamamlamış, magistratura pilləsində isə həmin universitetin Dünya İqtisadiyyatı ixtisası üzrə təhsil almışdır. Hal-hazırda İstanbul Gedik Universitetində Biznesin İdarə Edilməsi ixtisası üzrə doktorantura təhsilini davam etdirir. 2022-ci ilin oktyabr ayından etibarən rəqəmsal bankçılıq sahəsində Məhsul Sahibi (Product Owner) vəzifəsində fəaliyyət göstərir. Peşəkar inkişafı çərçivəsində Beynəlxalq Microsoft Excel (MO-201 Excel Expert) sertifikatına layiq görülmüş, həmçinin Master Data Analytics bootcamp proqramını fərqlənmə diplomu ilə bitirmişdir. Bu nailiyyətlər nəticəsində Excel, Power Query, Biznes Analitikası, SQL, Power BI və Python kimi analitik alətləri yüksək səviyyədə mənimsəmişdir. Məhsul sahibi kimi fəaliyyət göstərdiyi müddətdə məhsul backlogunun formalaşdırılması, məhsulun inkişafına dair yol xəritəsinin hazırlanması, həyata keçirilmiş layihələrin məhsulun inkişafına təsirinin analizi, məhsul üzrə müxtəlif hesabatların tərtibi və digər müvafiq vəzifələrin icrasını həyata keçirmişdir. Bundan əlavə, Microsoft Office paketinin, xüsusilə də Microsoft Excelin peşəkar istifadəsi üzrə təlim və mentorluq fəaliyyəti ilə də məşğul olmuşdur.
Təcrübəli müəllimlərimizlə tanış olun!
Hardan başlamalı olduğunu bilmirsən?
Bizimlə birbaşa əlaqə: (+994 10) 234 65 56